İlham Əliyev bu institutun adını dəyişdirdi

ilham-eliyev-bu-institutun-adini-deyisdirdi
Oxunma sayı: 7226

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunun Hüquq və İnsan Haqları İnstitutu adlandırılması haqqında sərəncam imzalayıb.

Qafqazinfo” xəbər verir ki, həmin sərəncamda deyilir:

“1. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu Hüquq və İnsan Haqları İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.