İlham Əliyev Berdiməhəmmədova məktub yazdı

ilham-eliyev-berdimehemmedova-mektub-yazdi
Oxunma sayı: 694

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova məktub ünvanlayıb.

Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirirəm.

Seçkilərdə qazandığınız qələbə xalqınızın Sizə olan böyük inam və etimadının, həyata keçirdiyiniz siyasi xəttə real dəstəyinin bariz ifadəsidir.

İnanıram ki, Azərbaycan ilə Türkmənistan arasındakı ənənəvi dostluq və qardaşlıq münasibətlərinin daim möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkmənistan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.