İlham Əliyev Almaniyaya gedir

ilham-eliyev-almaniyaya-gedir
Oxunma sayı: 1999

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək.

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, dövlət başçısının səfərinin məqsədi təhlükəsizlik üzrə illik Münhen konfransında iştirak etməkdir.

Bu barədə bu gün isveçli həmkarı Marqot Vallströmlə birgə mətbuat konfransı keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmdəyarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev energetika məsələlərinə həsr olunan panel konfransda çıxış edəcək.

Təhlükəsizlik üzrə Münhen konfransı fevralın 12-də başlayacaq. Konfrans 3 gün davam edəcək.