İlham Əliyev ailəsi ilə ümumxalq şənliyində - Fotolar

ilham-eliyev-ailesi-ile-umumxalq-senliyinde-
Oxunma sayı: 8074

Martın 18-də Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban ƏliyevaHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qız dövlət başçısına səməni təqdim edib. Prezident Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra İlham Əliyev və xanımı Dənizkənarı Milli Parka gəliblər. Kosa və Keçəl Prezident və xanımını bayram münasibətilə təbrik ediblər, yumurta döyüşdürüblər, bayram konsertinə baxdılar.

Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.