İlham Əliyev Ağsudadır - Fotolar

ilham-eliyev-agsudadir
Oxunma sayı: 4416

Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonuna səfərə gəlib.

Qafqazinfo” xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib. İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub. Əsas bina, yoluxucu xəstəliklər korpusu və 15 çarpayılıq vərəm dispanserindən ibarət olan xəstəxanada doğum, terapiya, cərrahiyyə, pediatriya, anesteziologiya-reanimasiya, poliklinika şöbələri fəaliyyət göstərəcək.

Sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.