İcra Hakimiyyəti hesabat yığıncağı keçirdi - Fotolar

icra-hakimiyyeti-hesabat-yigincagi-kecirdi
Oxunma sayı: 2173

Salyan rayon Heydər Əliyev Mərkəzində İcra hakimiyyətinin 2015-ci ilin sosial- iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində rayonun sosial-iqtisadi inkişafını əks etdirən guşə, kənd təsərrüfatı və rayonda istehsal olunan sənaye məhsullarından ibarət sərgiyə baxış keçirilib.

Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı T.Kərimov məruzə edib. O, çıxışında 2015-ci ildə rayonda görülmüş işlərdən danışıb, qazanılmış uğurları qeyd edib, sahibkarlığın inkişaf etdirilməsi və qarşıda duran məsələlərin həll edilməsi sahəsində görüləcək işlərdən bəhs edib.

Sonra məruzə ətrafında çıxışlar olub. Sahibkarlar, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri çıxış ediblər. Yığıncaqda qərar qəbul edilib.