İcra başçısı tədbirlər planını müzakirə etdi - Foto

icra-bascisi-tedbirler-planini-muzakire-etdi
Oxunma sayı: 2315

2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Azərbaycanın Gəncə şəhəri 2017-ci il MDB Mədəniyyət Paytaxtı elan olunub.

Qafqazinfo” xəbər verir ki, Nizami yurdunun 2017-ci ilin MDB Mədəniyyət Paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı seçilməsinin Azərbaycanı, o cümlədən Gəncəni təmsil etmək, tarixi mədəni irsimiz, maddi və mənəvi dəyərlərimizin təbliği baxımından çox mühüm hadisə olduğunu bildirib. Milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinin sərgilənəcəyini deyən şəhər rəhbəri qeyd edib ki, bu tədbirin beynəlxalq səviyyədə olmağı Gəncə ictimaiyyətinin üzərinə böyük vəzifələr qoyur.

Toplantıda bildirilib ki, Gəncənin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsinin açılış mərasiminin martın 18-də keçirilməsi nəzərə tutulur.

İlkin hazırlıq mərhələsinin birinci iclasında 107 nəfərdən ibarət olan qərərgahın üzvləri müəyyənləşdirilib. Keçiriləcək 30-a yaxın tədbirə aid dəqiq tapşırıqlar verilib.

Bildirək ki, fevralın 28-də keçiriləcək ikinci iclasda müsabiqə yolu ilə layihənin loqotipi seçiləcək.