İcra başçısı jurnalisti cərimələdi - 2000 manat

icra-bascisi-jurnalisti-cerimeledi-
Oxunma sayı: 3111

Bu gün cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimova qarşı Masallı rayon icra başçısı Rafil Hüseynovun iddiası əsasında keçirilən məhkəmə iclası başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə jurnalisti 2000 AZN cərimə edib.

Mirələm Həşimov məhkəmənin qərarından narazıdır:

“İttihamda göstərilir ki, guya adı çəkilən üç xəbərdə icra başçısı Rafil Hüseynovun şərəf və ləyaqətini alçaltmışam. Amma adı çəkilən "Masallı park bulvarını sel apardı" başlığıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb və “icra başçısı” sözü keçməyib. “Masallıda ağacları kəsirlər” başlığı ilə yayımlanan xəbərdə isə qeyd etmişik ki, “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”.

Əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təkzib olaraq bizə müraciət etməli idilər. Bu günə qədər 5 ay keçib, təkzib verilməyib.

Mirələm Həşimov bildirib ki, məhkəmənin qətnaməsini aldıqdan sonra apelyasiya şikayəti verəcəklər.