İcra başçısı 4 kənddə görüş keçirdi - Fotolar

-icra-bascisi-4-kendde-gorus-kecirdi-
Oxunma sayı: 1989

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində əhali ilə görüş keçirib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüş zamanı A. Alıyev Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan məcburi köçkünlərə elektrik enerjisi və qazdan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edib. İcra başçısı həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, kənd sakinlərinin həyatyani və pay torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

Görüşlərdə qeyd olunub ki, Kürdmahmudlu, Alıxanlı, Araz Dilağarda və Araz Zərgər kəndlərində yaşayan əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda sözügedən kəndlərdə pambıq əkini payız şumu aparılıb, barama saxlayacaq kümçülər müəyyənləşdirilib, həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün isə işlərə başlanılıb.

Görüşlərdə bildirilib ki, bu kəndlərin işıq, su, qaz və yol ilə bağlı sosial problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.