İcra başçılarına yaş məhdudiyyəti qoyulsun?

icra-bascilarina-yas-mehdudiyyeti-qoyulsun
Oxunma sayı: 4411

Azərbaycanda icra başçılarının yaş kateqoriyaları daim müzakirə mövzusudur.

Qafqazinfo” xəbər verir ki, musavat.com-un yazdığına görə, Azərbaycanda icra başçıları içərisində 50 yaşdan aşağı şəxs yoxdur. Hüquqşünas Müzəffər Baxış mövzu ilə bağlı sayta bildirib ki, 2011-ci ilin 6 iyulunda yerli icra hakimiyyətləri başçıları barəsində əsasnamə qəbul olunub: “İcra başçıları barəsindəki əsasnamədə yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Amma dövlət qulluqçuları haqqında qanun var. Bu qanunla 18 yaşdan yuxarı şəxslər dövlət qulluğuna qəbul olunurlar. Amma onlar üçün konkret yaş həddi qanunda nəzərdə tutulmayıb.

Onu qeyd edə bilərəm ki, icra başçıları məsələsində daha çox yaşlı şəxslərə üstünlük verilməsinin bir sıra səbəbləri var. Müəyyən məsələlər var ki, onu gənc adamlar çətin bilir, yaxud yerinə yetirirlər”.

Ekspert yaş məhdudiyyətinin tətbiq edilməsini doğru hesab etmir: “Çünki istənilən şəxs vəzifədə çalışmaq yaşına çatırsa, qabiliyyəti və peşəkarlığı varsa, işləyə bilər. Amma hökmən ali təhsil olmalıdır, yaş məhdudiyyəti yox. Amma bizdə təəssüflər olsun ki, bunların əksidir. Nə qədər savadsız olsan, o qədər sənə etimad göstərirlər”.