Həsən Şirinov təqaüdə göndərilib? - DİN-dən açıqlama

hesen-sirinov-teqaude-gonderilib
Oxunma sayı: 9962

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinovun təqaüdə göndərilməsi ilə bağlı yayılan xəbərlərə DİN münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a açıqlamasında qeyd edib ki, o, təqaüdə göndərilməyib:

"Həsən Şirinov rəis müavinidir və fəaliyyətini davam etdirir".