“... Hələ də ədalət axtarılır” - Səfir

-hele-de-edalet-axtarilir
Oxunma sayı: 1140

Xocalı soyqırımını törədənlər öz cəzalarına çatacaqlar. "Qafqazinfo" trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Diplomat qeyd edib: "Türkiyə olaraq, Azərbaycan xalqının dərdinə şərikik, Azərbaycan xalqına basşağlığı veririk, şəhidlərə Tanrıdan rəhmət diləyirik. Soyqırım qurbanlarının məkanının cənnət olduğunu bilirik. Lakin unutmamalı olduğumuz bir məsələ var: Xocalı faciəsinin 25-ci ildönümündə hələ də ədalət axtarılır.

İnşallah, yaxın zamanlarda ədalət bərpa olunar, Azərbaycan işğal edilmiş torpaqlarına qovuşar və Xocalı soyqırımını törədən cinayətkarlar da öz cəzalarına çatarlar".