Həbsdə olan sabiq nazir azadlığa çıxdı

-hebsde-olan-sabiq-nazir-azadliga-cixdi
Oxunma sayı: 6543

Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

"Qafqazinfo" Musavat.com-a istinadən xəbər verir ki, sabiq nazirin həbs müddəti başa çatıb.

Qeyd edək ki, N.Quliyev keçmiş MTN rəhbərliyi tərəfindən 2013-cü ilin 7 avqustunda həbs edilmişdi. həbs edilmişdi.

Onun bağ evindən "Kalaşnikov" avtomatı götürülmüşdü.

Həmin vaxt sabiq nazir qanunsuz odlu silah saxlamada təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, N.Quliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğludur.