Hadı Rəcəbli oxuduğu məktəbi təmir etdirib - Video

hadi-recebli-oxudugu-mektebi-temir-etdirib
Oxunma sayı: 3902

Millət vəkili Hadı Rəcəbli vaxtilə təhsil aldığı Lənkəranın Veravul kəndindəki 2 saylı orta məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı yayılan xəbər haqda açıqlama verib.

Millət vəkili “Qafqazinfo”ya bildirib ki, yayılan xəbərdə yanlışlıq var. Deputat bunu sübut etmək üçün saytımıza fotolar və video da təqdim edib.

Hadı Rəcəbli qeyd edib ki, o Veravul kəndində 1 saylı orta məktəbdə oxuyub və həmin məktəbi təzədən tikib: “1-ci sinifdən 3- cü sinifə qədər o məktəbdə oxumuşam. O yazıda keçən adamlar yoxdurlar. O zaman həmin kənddə 1 məktəb olub. 15 il bundan qabaq həmin kəndin ağsaqqalları ilə yığışıb məsləhətləşmişik ki, kənddə bir məktəb olar. Belə məsləhət olub ki, mənim üç il oxuduğum məktəbi söküb yenidən tikək. O məktəb sökülərək yenidən tikilib.

Mənim tikdirdiyim məktəblə indi fotosu yayılan məktəb arasında 1 km məsafə var. 2015- ci ildə həmin bu məktəbin də tikintisini plana saldırmışdım. İndi baş verən hadisələrin nəticəsində məktəbin tikintisi yubanıb. Bu ilin aprel ayında yenidən o məsələyə qayıdılacaq. Ola bilsin ki, bina söküldü”.

Millət vəkili vurğulayıb ki, Lənkəranda 15 məktəb onun təşəbbüsü ilə tikilib: “Bunlar mənim məktəbə olan münasibətim, bu da onların mənim haqqımda yazdıqları. Bir adam haqqında nə qədər yalan yazarlar. İnsafınız olsun”.

Günel Türksoy