GUAM-Yaponiya formatından Azərbaycana dəstək

guam-yaponiya-formatindan-azerbaycana-destek
Oxunma sayı: 682

“GUAM-Yaponiya” XİN rəhbərləri Azərbaycan da daxil olmaqla, GUAM-a üzv bütün ölkələrin ərazi bütovlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstəklərini bir daha təsdiq edirlər.

Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə təşkilatın katibliyindən bildiriblər.

Qeyd edək ki, bu formatda görüş Hamburqda ATƏT XİNŞ iclası çərçivəsində baş tutub.

Azərbaycanın sədrliyi ilə keçirilən iclasda təşkilata üzv bütün ölklərin XİN rəhbərləri iştirak edib. Həmin iclasda Yaponiyanı xarici işlər naziri Nobuo Kişi təmsil edib.

Tərəflər hər bir regionda təhlükəsizlik və sabitliyə, sülhün təmin edilməsinə yönəlmiş GUAM-Yaponiya qarşılıqlı münasibətlərinin fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, GUAM formatı 1997-ci ildə yaradılıb. Hazırda qurum “GUAM+ABŞ” və “GUAM+Yaponiya” formatlarında Vaşinqton və Tokio ilə sıx əməkdaşlıq edir.