Generalların işdən çıxarılması haqda - Açıqlama

generallarin-isden-cixarilmasi-haqda
Oxunma sayı: 11859

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin general-mayorunun ehtiyata buraxılması barədə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyindən Anspress-in sorğusuna cavab olaraq bildirdilər ki, bəzi elektron informasiya vasitələrində Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsinə dair yayılan xəbərlər həqiqəti tam əks etdirmir.

Məlumatda adı qeyd olunan general-mayor Qorxmaz Qarayev həqiqətən də öz arzusu ilə Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər. Müdafiə naziri tərəfindən general-mayor F. Cəbrayılov və general-mayor R. Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M. Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.

Xatırladaq ki, 2 gün əvvəl Müdafiə Nazirliyində Zakir Həsənovun rəhbərliyi ilə 2015-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş kollegiya iclası keçirildiyi, iclasda məşhur general-mayor Qorxmaz Qarayevin ordu sıralarından təxris olunması ilə bağlı əmr verildiyi elan olunduğu barədə məlumatlar yayılıb.

Məlumata görə, Q.Qarayev bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında baş müəllim postuna təyin edilmişdi. Bundan əvvəl isə o, Şəmkir korpusunun komandan müavini idi.

Yayılan məlumatlar arasında Bundan başqa, iclasda daha 3 generalın ordudan təxris edildiyi bildirildi. Onlardan biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin keçmiş rəisi general-mayor Mirzə Almasov, Silahlı Qüvvələrin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov, Silahlı Qüvvələrin Artilleriya Qoşunlarının keçmiş komandanı general-mayor Rafiq Hüseynovun da ordu sıralarından çıxarıldığı bildirilirdi.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyi mediada 4 generalın tərxis olunması ilə bağlı yayılan xəbərləri təkzib etsə də, əslində qurum yaydığı rəsmi açıqlamada dolayısı olaraq həmin informasiyaları təsdiqləyib.