Səbailin yeni prokuroru Natiq Əsədov olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokuror Zakir Qaralov əmr verib. Natiq Əsədov bir müddətdir ki, Səbail rayon prokurorunun vəzifələrini icra edirdi.
Qeyd edək ki, Əsədov prokurorun vəzifəsini icra etsə də, bu günə kimi müavin vəzifəsində çalışıb. Bundan öncə isə Baş Prokurorluqda şöbə müdiri olub.
Natiq Əsədov “Qarakənd” faciəsi zamanı həlak olan Daxili işlər naziri, general Məhəmməd Əsədovun oğludur.
***
APA-nın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı digər əmrlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilib. O, Pirallahı rayonuna prokuror təyin edilib.
Murad Əhməd