Gənclər Fondunun sədri müəyyənləşdi

gencler-fondunun-sedri-mueyyenlesdi-
Oxunma sayı: 675

İki gün əvvəl prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında fərman imzaladı. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə yaradılan fonda artıq kimin rəhbər təyin olunacağı da artıq məlumdur. Həmin şəxsin kimliyi haqda “Qafqazinfo”ya informasiya daxil olub. Məlumata görə, yeni yaradılan qurumun rəhbəri Gənclər və İdman Nazirliyində Gənclərlə iş üzrə şöbənin müdiri vəzifəsində işləyən Fərhad Hacıyevdir. Onun fonda sədr təyin olunması ilə bağlı rəsmi açıqlama da bu günlərdə ictimaiyyətə çatdırılacaq.

Dövlət başçısının sərəncamına əsasən Gənclər Fondunun işçilərinin say həddinin 10 ştat vahidi müəyyən edilməsi nəzərdə tutulub.