Gəncədə konfrans keçirilib - Fotolar

gencede-konfrans-kecirilib
Oxunma sayı: 1689

Gəncədə “Dövlət Müstəqilliyi Günü” münasibəti ilə “Gənclik və dövlət müstəqilliyi” mövzusunda konfrans keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, dövlət gənclər siyasətindən, azərbaycançılıq ideyasından danışıb. Ölkəmizin hər yerində olduğu kimi, Gəncə şəhərində də dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini qeyd edən Elnur Rzayev xüsusi vurğuluyub ki, gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl iş görülür.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün xalqımız tarixin şanlı səhifəsini yaşayır. Bu gün Azərbaycan gənci nəinki ölkə daxilində gedən proseslərdə fəallıq göstərir, eləcə də beynəlxalq miqyasda müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir. Aprel ayında cəbhədə baş verənlər Azərbaycan dövlətinin, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Xalqımızın, gənclərin yüksək vətənpərvərlik ruhunun şahidi olduq.