Füzulidə növbəti tədbir - Fotolar

fuzulide-novbeti-tedbir
Oxunma sayı: 1492

Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 23 il ötür.

Qafqazinfo” xəbər verir ki, bununla bağlı Horadiz şəhərində Heydər Əliyev parkında tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, rayonun idarə, müəssisələrinin kollektivləri, hüquq mühafizə orqanları rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyələr, N saylı hərbi hssənin əsgər və zabitləri, keçmş döyüşçülər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb.

Milli Məlis sədrinin müavini Bahar Muradova çıxış edərək Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıb.