Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

fuad-muradov-secicileri-milli-meclisde-qebul-edib
Oxunma sayı: 1661

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 30 seçici ilə görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Ünvanlanan müraciətlər arasında əsasən iş, sənədləşmə, sosial məsələlər, idman və s. üstünlük təşkil edib.

Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Problemlərin həlli istiqamətində zəruri olan ərizə və sənədlər götürülüb, bəziləri aidiyyəti orqanlara yönləndirilib.