Fuad Muradov seçiciləri ilə görüşdü - Fotolar

fuad-muradov-secicileri-ile-gorusdu
Oxunma sayı: 3533

Artıq 9 oktyabr tarixindən rəsmi şəkildə təbliğata start verildi. 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyasına start verilib.

“Qafqazinfo”nun məlumatına görə, ilk olaraq rayonun Zığ yolu 12a, 12b, 14a, 16, 22, 22a, 22b, 22v, 26, ünvanlarında seçicilərlə görüşlər keçirib. Seçicilərlə görüşdə Fuad Muradov bildirdi ki, hər bir Azərbaycan vətəndaşı güclü, sosial təminatlara malik, iqtisadi cəhətdən qüdrətli, azad və demokratik dövlətdə yaşamağa layiqdir. Bu gün Azərbaycan dövləti öz vətəndaşları üçün bu şəraiti yaradıb və biz Sizlərlə birlikdə dövlətimizin bu istiqamətdə daha da irəli getməsi üçün əlimizdən gələni edəcəyik.

Mən 2005-2015-ci illərdə Səbail rayonundan Milli Məclisin deputatı olmuşam. Həmin dövrdə 10 mindən çox seçici ilə fərdi şəkildə görüşmüş, 1000-ə yaxın ailənin sosial və s. probleminin həllinə yardımçı olmuşam. Məqsədimiz dəyişməzdir – Xalqa xidmət - dövlətə dəstək!

Seçicilər Fuad Muradova onların yaşadığı dairədən namizədliyini irəli sürdüyünə görə təşəkkürlərini bildirdilər. Fuad Muradovun istər millət vəkili kimi, fəaliyyətindən xəbərdar olduqlarını qeyd edən seçicilər 1 noyabrda onu dəstəkləyəcəklərini ifadə etdilər.

Qeyd olundu ki, bu gün ölkəmizin inkişafında xidmət göstərən insanlar Millət vəkili olaraq xalqı təmsil etməlidirlər. Fuad Muradov isə buna ən layiq namizədlərdəndir. Bir fikir xüsusi olaraq vurğulandı ki, Xətai sakinləri dəyişməz məqsədə, xalqa xidmət edən namizədə səs verəcəkdir.