Faiq Əmirlinin şikayəti təmin edilmədi

faiq-emirlinin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 641

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən Faiq Əmirlinin şikayəti təmin edilməyib və o, həbsdə qalıb.

Qeyd edək ki, həmçinin “Azadlıq” qəzetinin yayım direktoru olan F.Əmirli Gülən hərtəkatının Azərbaycandakı imamı olmaqda təqsirləndirilir.

Murad Əhməd