“Evi kirayə verənlər 20 min ala bilməyəcək”- - İş məhkəməyə qaldı

evi-kiraye-verenler-20-min-ala-bilmeyecek-
Oxunma sayı: 4321


"Qafqazinfo"nun sakinlərlə merin görüşündə iştirak edən əməkdaşının verdiyi məlumata görə, Hacıbala Abutalıbov bildirib ki, kim evini kirayəyə veribsə, onlara kompensasiya verilməyəcək: "Hadisə zamanı kirayədə yaşayan zərərçəkənlər məhkəməyə müraciət etməli və həqiqətən də qonşuların şahidliyi ilə onların yanan binada yaşadıqları sübut olunmalıdır. Məhkəmə qərar verəcək ki, 20 min manatlıq kompensasiya kirayədə qalana, yoxsa ev sahibinə verilsin. Məhkəmə qərarına qədər 20 minlik təzminat nə ev yiyəsinə, nə də kirayədə qalan sakinə veriləcək".

Murad Əhməd