Eşton Karterdən Mosul - Açıqlaması

eston-karterden-mosul
Oxunma sayı: 1494

“Rəsmi Ankara və Bağdad hökumətləri arasında Mosuldakı Başika düşərgəsi və İŞİD əməliyyatı ilə bağlı prinsipcə razılaşma olub”.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ müdafiə naziri Eşton Karter jurnalistlərə açıqlamasında bildirib.

“Tərəflər artıq prinsipcə razılaşıblar, bunu tətbiq etmək qalıb”, - deyə o, söyləyib.

Qeyd edək ki, Mosul əməliyyatında İraq ordusu, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) silahlı gücü olan Peşmərgə qoşunları, ABŞ və Fransa qüvvələri iştirak edir.