“Ermənistan Azərbaycanın quberniyası olsun” - Jirinovskiyə sərt reaksiya

ermenistan-azerbaycanin-quberniyasi-olsun-
Oxunma sayı: 2307

Millət vəkili Səməd Seyidov Rusiya Liberal Demokrat Partiyasının lideri Jirinovskinin Azərbaycanın və Ermənistanın quberniya olması ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında S. Seyidov qeyd edib ki, Xocalı soyqırımının 25 illiyi ərəfisində bunu etmək olmazdı:

“Mən də buna sakit yanaşa bilməzdim. “Azərbaycanın müstəqilliyi dönməzdir” deyən Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur. O ki, qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində Yerevan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub. Təklif edirəm ki, Ermənistan Azərbaycanın quberniyası olsun, çünki qondarma dövlətdir, Azərbaycan ərazisində yaranıb”.

O, daha sonra çıxışının sonunda rus dilində Rusiya vətəndaşlarına müraciət ünvanlayıb.

Günel Türksoy