Ərdoğandan Azərbaycanlı jurnalistin sualına cavab

erdogandan-azerbaycanli-jurnalistin-sualina-cavab
Oxunma sayı: 2654

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ mövzusuna toxunub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İslam Konfransı Təşkilatı İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) XXV toplantısında çıxış edən prezident azərbaycanlı jurnalistin Dağlıq Qarabağla bağlı verdiyi sualı cavablandırıb.

Türkiyə lideri Ermənistanı işğalçı adlanıdıraraq Qarabağ torpaqlarından təcili çıxmalı olduqlarını deyib. O, “Bu barədə BMT-nin verdiyi qərarlar var. Ermənistan torpaqları əsl sahibinə qaytarmalıdır. Buraların əsl sahibi azərilərdir və onlar gəlib öz ərazilərində məskunlaşmalıdılar. İşğalla heç nəyə nail olmaq olmaz”,- deyib.

Aysel Kərimova