Ərdoğana qarşı sui-qəsd planında onun da adı hallanır

erdogana-qarsi-sui-qesd-planinda-onun-da-adi-hallanir
Oxunma sayı: 5260

Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etdiklərinə görə həbs edilmiş generalların ifadələrinə və istintaqa əsasən müəyyən edilib ki, Türkiyə Prezidentinə qarşı sui-qəsd planının arxasında onun hərbi müşaviri Əli Yazıcı dayanır.

Qafqazinfo”nun Trend-ə istinadən verdiyi məlumata görə, məhz Ə.Yazıcı prezident Rəcəb Tayyib Ərdoğanın koordinatlarını qiyamçılara verib.

O, həmçinin məvacibinin 20 faizini Fətullah Gülən təşkilatına ödəyib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.