Tramp immiqrasiya siyasətini sərtləşdirdi - Sərəncam

tramp-immiqrasiya-siyasetini-sertlesdirdi
Oxunma sayı: 2476

ABŞ prezidenti Donald Tramp ölkənin sərhədlərinin müdafiəsinin möhkəmləndirilməsi və immiqrasiya sisteminin sərtləşdirilməsi barədə sərəncam imzalayıb.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, sərəncamda xüsusilə Meksika ilə sərhhəddə divarın tikilməyi ehtiva olunur.

“Divarın tikilməsi sadəcə seçkiqabağı kampaniya zamanı verilmiş vəd deyil. Bu, bizim ölkənin təhlükəziliyinin təmin olunması üçün atılmış ilk addımdır”, - deyə Ağ Evin nümayəndəsi Şon Spayser bildirib.