Elnur Aslanov ölkədən çıxıb?

elnur-aslanov-olkeden-cixib
Oxunma sayı: 9108

Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.

Qafqazinfo” xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi faktı təsdiqləyib: “Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.

***

E. Aslanovun yaxınları "Qafqazinfo"ya zəng edərək onun övladının səhhəti ilə əlaqadar olaraq ötən həftə Türkiyəyə getdiyini və bu gecə Azərbaycana qayıdacağını bildiriblər. Sabah isə öz işinin başında olacağını qeyd ediblər.