Elmir Vəliyev Madriddə Gəncəni təmsil etdi - Fotolar

elmir-veliyev-madridde-genceni-temsil-etdi
Oxunma sayı: 7145

İspaniyanın paytaxtı Madrid şəhərində Avropa Gənclər Forumu tərəfindən tədbir təşkil olunub. "Qafqazinfo"ya daxil olan məlumata görə, Tədbirdə 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilən Gəncə şəhərinin nümayəndə heyəti də iştirak edib.

Əvvəlcə Avropa Gənclər Forumu tərəfindən təsis olunan gənclər paytaxtı layihəsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, gənclər paytaxtı adı bir il müddətinə verilir. Bir il ərzində həmin şəhərin gənclər üçün mədəni, idman, ictimai-siyasi tədbirlər keçirmək, Avropanın hər yerindən olan gənclərin yerli gənclərlə bərabər şəhərin həyatında iştirak etmələrinə şərait yaratmaq imkanı var. 2009-cu ildən bəri Rotterdam, Turin, Antverpen (Belçika), Braqa (Portuqaliya) və Maribor (Sloveniya), Kluj-Napoka (Rumıniya) şəhərləri Avropanın gənclər paytaxtları olub. 2016-cı ildə bu estafeti Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə qəbul edəcək.

Daha sonra “Gəncə Avropa Gənclər Paytaxtı–2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin təqdimatı ilə çıxış edib, həyata keçiriləcək layihələrdən bəhs edib, ölkəmiz barədə ətraflı məlumat verib.

Daha sonra Avropa Gənclər Forumu, Gəncə Şəhər İcra Hakimiyyəti və “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, 2016-cı ildə Gəncə şəhərində müxtəlif yerli və beynəlxalq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Portuqaliyanın Kaskaiş şəhəri Avropanın 2018-ci il üçün gənclər paytaxtı elan olunub. Kaskaiş Mançester (İngiltərə), Novi Sad (Serbiya), Keskemet (Macarıstan), Perucia (İtaliya) şəhərləri arasından seçilib.