Elmar Vəliyev “İlin icra başçısı” oldu

elmar-veliyev-ilin-icra-bascisi-oldu
Oxunma sayı: 9264

Mayın 25-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “İlin icra başçısı” mükafatı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mükafatı Elmar Vəliyevə təqdim edib.