Əli Kərimlinin müşaviri barəsində - Həbs qətimkan

eli-kerimlinin-musaviri-baresinde
Oxunma sayı: 1912

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahimin həbs edilməsi haqda xəbər vermişdik.

"Qafqazinfo" femida.az-a istinadən xəbər verir ki, bu gün məhkəmə Məmməd İbrahim haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

O, cinayət məcəlləsinin 126 və 221-ci maddələri ilə təqsirli bilinir. İşin istintaqını Nərimanov rayon Polis idarəsinin İstantaq Şöbəsi aparır.

Qeyd edək ki, 29 sentyabr axşam saatlarında AXCP sədrinin müşaviri Məmməd İbrahim AXCP EQTK-nın Nərimanov şöbəsindən ali məclis üzvü Mikayıl Quliyevi döyərək ağır bədən xəsarəti yetirmişdi.