Əli Həsənovun təklifinə müxalifətdən reaksiya

eli-hesenovun-teklifine-muxalifetden-reaksiya
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, Ə. Ağazadə qeyd edib ki, Ə. Həsənov istənilən yerdə və saatda müxalifətlə görüşə biləcəyini, bunun üçün təklif gözlədiyini açıq mətnlə desə də, qarşı tərəfdə bu fikrə müxtəlif reaksiyalar var. O, bəzi müxalifət funksionerlərinin bu görüşün siyasi dialoq olmayacağı, sadəcə, görüş olaraq qalacağı və cəmiyyəti narahat edən problemlərin həlli baxımından fayda verməyəcəyi qənaətində olduğunu vurğulayıb. Hakimiyyət rəsmisinin açıqlamasını təqdir edən Ali Məclisin sədri Ümid Partiyasının və digər müxalifət partiyalarının dialoqla bağlı hər zaman təkliflər səsləndirdiyini söyləyib: “Əli Həsənovun fikirlərinə yanaşmaların fərqli olması və bəzi müxalifət funksionerlərinin bu təkliflərə ciddi yanaşmaması təbiidir. Bu yanaşma hakimiyyətin müxalifətə münasibətindən qaynaqlanır. Çünki iqtidar bu günə qədər müxalifət partiyalarını sıradan çıxarmaq siyasəti aparıb. Mənə elə gəlir ki, bu yanlışlığı düzəltmək zamanı yetişib. Dünyada, regionda və ölkəmizdə baş verən proseslər bunu deməyə əsas verir. Qarabağ məsələsi, ölkənin demokratikləşməsi, korrupsiya və həlli vacib çoxlu problemlərin müzakirəsi üçün dialoq çox zəruridir”.
Ə. Ağazadə ilkin olaraq dialoqa siyasi məhbus məsələsindən və “Siyasi Partiyalar haqqında Qanundan” başlamağı təklif edib.