Əli Həsənov Türkiyədə səfərdə - Çavuşoğlu ilə görüşüb

eli-hesenov-turkiyede-seferde
Oxunma sayı: 1249

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Əli Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.