Əli Əhmədov Kommunist Partiyasının nümayəndəsi ilə görüşdü

eli-ehmedov-kommunist-partiyasinin-numayendesi-ile-gorusdu
Oxunma sayı: 634

YAP-ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr şöbəsi nazirinin müavini Çen Fensyan görüş zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çox böyük inkişaf yolu keçdiyini söyləyib. Qlobal maliyyə böhranından az təsirlə çıxmaq böyük hünər tələb etdiyini və Çin hökumətinin Azərbaycanın əldə etdiyi bütün uğurları alqışladığını qeyd edib.

Əli Əhmədov bu yaxınlarda Çinə səfər etdiyini xatırladıb, keçirdiyi görüşlərin, aparılan danışıqların əhəmiyyətini yüksək dəyərləndirib. YAP Sədrinin müavini deyib ki, Çin çox sürətlə inkişaf edir və bu dinamika xarici dövlətlər tərəfindən diqqətlə izlənilir. Xüsusilə də yeni texnologiyaların tətbiqi, iqtisadiyyatın modernləşməsi güclü marağa səbəb olub. Azərbaycan da sürətlə inkişaf edən ölkədir və dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra uğurlara imza atılıb. İqtisadiyyatın modernləşməsi istiqamətində tədbirlər davam etdirilir: “Bu baxımdan hesab edirik ki, Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına, təcrübə mübadiləsinə böyük ehtiyac var. Düşünürük ki, bizim hakim partiyalaramız – YAP və ÇKP arasında əlaqələrin inkişafı dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına xidmət edəcək”.

Görüşdə qarşılıqlı səfərlər, parlamentlər və partiyalararası əlaqələrin inkişaf perspektivləri, siyasi və iqtisadi sahədə, xüsusən modernləşmə ilə bağlı təcrübə mübadiləsi barədə geniş fikir mübadiləsi aparılıb.