Eldar Sabiroğlunun oğlu sərbəst buraxıldı

eldar-sabiroglunun-oglu-serbest-buraxildi
Oxunma sayı: 7347

Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov azadlığa buraxılıb.

Bu barədə “Qafqazinfo”ya onun atası Eldar Sabiroğlu məlumat verib.

E.Sabiroğlu bildirib ki, onlar tərəfindən Rüfət Səfərovun ev dustaqlığına buraxılması üçün vəsatət verilib:

“Təxminən 1 saat əvvəl Binəqədi rayon məhkəməsində bizim vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə vəsatət təmin olundu və Rüfət ev dustaqlığına buraxıldı”.

Qeyd edək ki, sabiq müstəntiq rüşvət almaqda ittiham olunur.

Murad Əhməd