“Dövlət bunların arxasında dayanıb” - Rüfət Aslanlı

dovlet-bunlarin-arxasinda-dayanib-
Oxunma sayı: 6095

“Bağlanan bankların ümumilikdə 140 milyon 300 min manat qorunan əmanəti var. Əmanətlərin ödənilməsi üçün Əmanətlərin Sığortlanaması Fondunda vəsait var. Lazm olarsa, Mərkəzi Bankdan əlavə vəsait cəlb edilə bilər”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib: “Bu gün bankların sağlamlaşdırılması siyasəti ilə bağlı diqqətimizdə olan iki bank var. Azərbaycan Beynəlxalq bankının sağlamlaşdırılması üçün hökumət tərəfindən uzunmüddətli proqram hazırlanıb. İkinci bank isə Bank Standartdır. Hazırda bu iki bankdan başqa problemli olan bank yoxdur. Yerdə qalan banklar normal rejimdə çalışır”.

“Dollarlaşma dedollarlaşma monetar siyasətin tərkibidir. Manata olan etimadın bərpa olunması istiqamətində hökumət çalışır. Bu günlərdə Maliyyə Sabitliyi Şurası yaradıldı. Bu gün banklarda qorunan əmanətlərin sayı 500 milyon manatadan artıqdır. Onların çoxu xarici valyutadır. Dövlət banklara manatla dəstək göstərir. Valyuta bazarında təklif tələbi tam qane etmir. Bank da onda olan əmanətləri bir gündə xarici valyutaya çevirə bilmir. Bu maliyyə sabitliyinə mənfi təsir göstərir.

Bankda olan əmanətləri bu gün xarici valyuta ilə tələb etməklə bu bankın siyasətinə mənfi təsir göstərir. Dövlət bunların arxasında dayanıb. Bank Standartla bağlı məlumatlar hər gün bizə gəlir. Elə əmanətçilər var ki, onların təxirəsalnımaz ehtiyacları var. Məsələn, övladlarının təhsil haqlarını ödəmək, sağlamlıq məsələləri... Hər bir şəxsin əmanəti təhlükəsizdir. İnsanlar xarici valyutada olan əmanətlərini istəyirlərsə, bir qədər səbr etməlidirlər”.

Əmanətlərin faiz dərəcələrinin artırılması məsələsinə gəlincə isə R. Aslanı bunun iqtisadi kateqoriya olduğunu vurğulayıb: “Monetar orqanlarla Palatanın və bank sektorunun baxışları bir biri ilə əlaqəli olmalıdır. Qorunan əmanətlərin faiz dərəcələrinə yaxın gələcəkdə baxıla bilər”.

Günel Türksoy