DİP referendumla bağlı mövqeyini açıqladı

dip-referendumla-bagli-movqeyini-aciqladi
Oxunma sayı: 870

Demokratik İslahatlar Partiyası dünən keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumun nəticələrini müzakirə edib.

Qafqazinfo” xəbər verir ki, DİP ümumilikdə seçki prosesini müşahidə edib. Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MSK-larda səsvermə prosesini izləyiblər. Eyni zamanda partiya nümayəndələri referendumu müşahidə edən beynəlxalq missiyaların nümayəndələrinin də rəyləri ilə yaxından tanış olublar.

Partiya Siyasi Şurası bu müşahidələrin nəticələrinə əsasən bəyan edir ki, referendum günü ölkə üzrə seçici fəallığı hiss olunub:

“Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar, xırda qanunsuzluqlar istisna olmaqla, partiya tərəfindən ciddi qanun pozuntuları qeydə alınmayıb. Qeydə alınan çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun nəticələrinə təsir etmək gücündə olmayıb.

Referendumun qanunvericiliyə uyğun, şəffaf şəraitdə keçdiyini, bütün ictimai və siyasi qurumların nümayəndələrinə onu sərbəst şəkildə müşahidə etmək imkanlarının yaradıldığını, ümumilikdə referendumun nəticələrinin xalqın iradəsini ifadə etdiyini bəyan edirik”.