DİP mükafata layiq görülən jurnalistlərin adlarını açıqladı

dip-mukafata-layiq-gorulen-jurnalistlerin-adlarini-aciqladi
Oxunma sayı: 903

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2016-cı ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

1. Nailə Bağırova – (ann.az saytı) təhsil və mədəniyyətin təbliğinə dair materialların hazırlanmasındakı roluna görə

2. Aygün Yusibova (axar.az saytı) – Qarabağ probleminə və ölkənin ictimai-siyasi gündəminə dair hazırladığı obyektiv materiallara örə

3. Sənan Rzayev (CBC telekanalı) – xarici dildə peşəkar xəbər buraxılışlarının və teleproqramların hazırlanmasındakı xidmətlərinə görə

Xatırladaq ki, mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.