Deputatlarımız avstraliyalı nazirlərlə görüşüb - Fotolar

deputatlarimiz-avstraliyali-nazirlerle-gorusub
Oxunma sayı: 1219

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan nümayəndə heyətinin tərkibində Avstraliyanın Pert şəhərində bir sıra görüşlər keçirib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Avstraliya Senatının və Nümayəndələr Palatasının spikerləri Barri Haus və Maykl Sazerlendin başçılıq etdikləri nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti Avstraliyanın ticarət və investisiya naziri Stiv Siobo (Steve Ciobo), xarici işlər naziri Culia Bişop (Julia Bishop), immiqrasiya nazirinin köməkçisi Hon Aleks Hokla (Hon Alex Hawk) da görüşərək ölkələrimiz arasındakı əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfindən bu görüşlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Xanlar Fətiyev, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Pert şəhərində Atatürk monumentini və Müharibə memorialını da ziyarət ediblər.