Deputatlara vəsiqələri təqdim olundu

deputatlara-vesiqeleri-teqdim-olundu
Oxunma sayı: 1304

V çağırış Milli Məclisin iclasında deputatlara vəsiqələri paylanılıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçki komissiyaları bundan sonra da ölkədə keçiriləcək seçkilərin Seçki Məcəlləsinin və digər seçki aktlarının tələblərinə uyğun olaraq keçirilməsi üçün əlllərindən gələni edəcəklər: “Ümumiyyətlə, seçkilərə dünyada olan təlabat ondan ibarətdir ki, demokratik seçkilər cəmiyyətin ümumi durumunun göstəricisidir. Birinci növbədə isə, seçkilər şəffaf olmalıdır. Yəqin ki, heç kim bizdə seçkilərin qeyri-şəffaf keçirildiyini də deyə bilməz. Bu seçkilərdə yerli müşahidəçilərin sayı 70 mindən artıq idi”.

Spiker Oqtay Əsədov isə deyib ki, 1 noyabr seçkiləri demokratik keçirilib: “Bunu seçkiləri izləyən beynəlxalq müşahidəçilər də deyiblər”.

Spiker eyni zamanda iclasda iştirak edən MSK üzvlərinə demokratik seçkilərin keçirilməsində fəal iştiraklarına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 4-də olacaq.

Günel Türksoy