Deputatlar İsrailə gedirlər

deputatlar-israile-gedirler
Oxunma sayı: 1084

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyəti fevralın 9-dan 12-dək İsraildə səfərdə olacaq.

“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Yevda Abramovun daxil olacaqları nümayəndə heyətinin səfəri İsrail Knessetinin beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbinin dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək, Azərbaycan və İsrail parlamentlərinin beynəlxalq məsələlərlə məşğul olan komitələri arasında əməkdaşlıq və dialoqun təbliği barədə fikir mübadiləsi aparılacaq.