Deputatın oğluna vəzifə verildi - Yenilənib

deputatin-ogluna-vezife-verildi
Oxunma sayı: 8071

Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Mirələmov deputat Hüseynbala Mirələmovun oğludur.

Xatırladaq ki, 2012-ci ildə H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov “Min bir gecə” istirahət mərkəzində adam güllələyib. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı Fərid Mirələmov da hadisə yerində olub. Hadisədən sonra R.Mirələmov tutulub, F.Mirələmov isə işdən azad edilmişdi.

 ***

Daxili işlər orqanlarından “Report”a bildirilib ki, əslində, Fərid Mirələmov DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində təhqiqatçı vəzifəsinə deyil, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.