Denizlidə Qarabağ parkı və Xocalı abidəsi açıldı - Fotolar

denizlide-qarabag-parki-ve-xocali-abidesi-acildi
Oxunma sayı: 1678

Türkiyənin Denizli bölgəsində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Denizli bələdiyyə başqanı Osman Zolan Qarabağ problemi və Xocalı soyqırımının bütün türklərin ağrısı olduğunu bildirib.

Parkın açılışında iştirak edən millət vəkili Qənirə Paşayeva Denizli bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib.

Deputat tədbir iştirakçılarının və KİV nümayəndələrinin sualları da cavablandırıb. Qarabağ parkının açılışı mərasimi bəzi televiziyalar tərəfindən canlı olaraq yayımlanıb.