Daha bir NİDA-çı saxlanıldı

daha-bir-nida-ci-saxlanildi
Oxunma sayı: 1598

Müsavat Partiyasının keçmiş üzvü Amid Süleymanov saxlanılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.
A.Süleymanovun Binəqədi rayonunda yaşadığı mənzildən aparıldığı və 5-ci Polis Bölməsinə saxlanıldığı barədə məlumat yayılıb.

Onun saxlanılmasının səbəbi məlum deyil.

Qeyd edək ki, A.Süleymanov hazırda Qubad İbadoğlunun rəhbəri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının və NİDA-nın üzvüdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, hadisə barədə məlumatlı deyillər.

Murad Əhməd