Daha bir NİDA-çı istefa verdi

daha-bir-nida-ci-istefa-verdi
Oxunma sayı: 1368

Daha bir NİDA-çı gənc fəal təşkilatdan istefa verib. “Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan Ömər Məmmədov təşkilatdan çıxdığını facebook hesabında bəyan edib. O, həyasızlarla bir təşkilatda ola bilməcəyini vurğulayıb.

Təşkilatın keçmiş İdarə Heyətinin üzvü Rəşadət Axundov isə son günlər baş verən istefalara sosial şəbəkə hesabından münasibət bildirib. O, istefaların normal olduğunu qeyd edib: “Təşkilata gələnlər olduğu kimi gedənlər də mütləq olacaq. NİDA dibi bataqlığa çevrilmiş göl deyil. Bol sulu, sürətli axan çaydır. Bu çaya bitişən və ayrılan çoxlu qollar, kanallar, arxlar olacaq. Prosesin mahiyyəti budur. Əsas odur ki, bu çay mənbəyini və mənsəbini itirməsin. NİDA Azərbaycanın fəal gəncliyinin lokomotivi olsa da, bu ölkədə haqq-ədalət uğrunda mübarizə təkcə bu təşkilatın sərhədləri və çərçivəsində məhdudlaşmır. NİDA-dan kənarda da mübarizəni davam etmək olar. Ayrılan dostlardan mən yalnız bunu umuram”.

Qeyd edək ki, təşkilatda son aylar istefalar davam edir.

Günel Türksoy