Daha bir həbsxana rəisi işdən çıxarıldı

daha-bir-hebsxana-reisi-isden-cixarildi
Oxunma sayı: 6377

Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Fikrət Qafarov vəzifəsindən azad edilib.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, F.Qafarov Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.

"Qafqazinfo"nun məlumatına görə, bir müddət əvvəl Penitensiar Xidmətə yeni rəis təyin olunan Ceyhun Həsənov bir sıra kadr dəyişikliyinə imza atıb.

Belə ki, Ceyhun Həsənovun əmri ilə bu yaxınlarda 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov da işdən çıxarılmışdı.