“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur” - Baş katib

dagliq-qarabag-munaqisesinin-herbi-yolla-helli-yoxdur
Oxunma sayı: 1585

Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları bərpa etməlidir”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

“Eskalasiyadan qaçmaq vacibdir. Hərbi həll yolu qərarı olmamalıdır. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq”, - deyə Y. Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşündən sonra deyib.

Baş katib qeyd edib ki, NATO ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səylərini tamamilə dəstəkləyir.