Çovdarov aclıq aksiyasına başladı

covdarov-acliq-aksiyasina-basladi
Oxunma sayı: 2873

Hazırda həbsdə olan MTN generalı Akif Çovdarov aclıq aksiyasına başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov mətbuat konfransı keçirərək məlumat veriblər.

A.Çovdarov Bakı istintaq Təcridxanasının rəisi vəzifəsini icra edən Rəşid Səfərova və Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ünvanlayıb. Müraciətdə qeyd edib ki, təcridxanada onun müalicə alınması üçün şərait yoxdur və ona süni əngəllər yaradılır. A.Çovdarov təcridxanada öləcəyini bildirərək dərmanları qəbul etməkdən imtina edib.

Müraciətin sonunda isə öz xətti ilə “Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm" deyə yazaraq imzalayıb.

Murad Əhməd